Modern.az

Fransa səfirliyindən Azərbaycana başsağlığı

Fransa səfirliyindən Azərbaycana başsağlığı

Aktual

21 İyun 2024, 16:56

Fransanın Bakıdakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib:

 

"Bu gün sursat partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir".

 

Qeyd edək ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?