Modern.az xəbər verir ki, noyabr 18-dən etibarən Hesab.az portalında sayca altıncı və sonuncu olacaq "Bakcell həftələri" adlı kampaniyaya start veriləcək.
Bakcell abunəçiləri Hesab.az onlayn xidmətlər portalının xidmətlərindən istifadə edərək əlavə bonuslar qazanacaqlar. Bu günlər ərzində Hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər Bakcell xidmətləri üzrə aparılan 10 manatadək əməliyyatlara görə hər 1 manata 200 bonus xalı qazanacaqlar. 10 manatdan 20 manatadək aparılan ödənişlərin hər 1 manatı istifadəçilərə 300 bonus xalı qazandıracaq, və nəhayət 20 manatdan çox ödəniş edənlər ödədikləri hər 1 manata 400 bonus xalı qazanacaqlar. Bonus xalları ilə Bakcell abunəçiləri Hesab.az hərraclarında xüsusi hədiyyələr əldə edə biləcəklər. Kampaniya ərzində portaldakı xərraclara müxtəlif çeşiddə hədiyyələr çıxarılır. Hərraclarda iştirak etmək üçün istifadəçilər Hesab.az portalında qeydiyyatdan keçməli və ən azı 20 min bonus xalı toplamalıdırlar.
Modern.az