Modern.az

Küləyin sürəti 15-19 m/s-yə çatıb

Küləyin sürəti 15-19 m/s-yə çatıb

21 İyun 2024, 23:19

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.

 

Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?