Modern.az

Azərbaycana leysan yağıb - Faktiki hava

Azərbaycana leysan yağıb - Faktiki hava

22 İyun 2024, 08:39

İyunun 22-si saat 07:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunub.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 23-ü gündüzədək fasilələrlə davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?