Modern.az

Azərbaycan və Ukrayna prezidentləri bir-birini təltif etdilər

Azərbaycan və Ukrayna prezidentləri bir-birini təltif etdilər

18 Noyabr 2013, 14:48


Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edib.
Modern.az-ın AzərTAC-a istinadən verdiyi xəbərə görə, abidənin qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoyub, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad edib. Azərbaycanın və Ukraynanın dövlət himnləri səslənib.
Sonra Kiyevdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qolodomor” qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Dövlət başçısı abidənin önünə ətrafına buğda sünbülü düzülmüş yanan şam qoyub, aclıq qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Daha sonra Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycan nümayəndə heyəti Prezident Viktor Yanukoviçə, Ukraynanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə təqdim olunub.
Ukrayna prezidenti azərbaycanlı həmkarını “Azadlıq” ordeni ilə təltif edib. Öz növbəsində İlham Əliyev Viktor Yanukoviçə “Heydər Əliyev” ordenini təqdim edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?