“Uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı nazirlik tərəfindən təklif irəli sürülməyib”. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib. Məlumatda qeyd edilib ki, hazırda əsas hədəflərdən biri məktəbəqədər müəssisələrdə çalışan pedaqoji kadrların uşaqlarla iş sahəsində səriştəlilik və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilib ki, yerli təhsil orqanları məktəbəqədər müəssisələr metodik xidməti həyata keçirə bilər”.
Nazirlik eyni zamanda pedaqoji kadr hazırlığı aparılan ixtisaslara qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin qəbul olunmasına dair ekspertlərin fikrinə Təhsil Nazirliyi müsbət yanaşdığını bildirib. Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyət məsələsinin diqqətdə saxlandığını vurğulayıb.