Modern.az

Goranboyda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - FOTO

Goranboyda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - FOTO

22 İyun 2024, 14:50

Goranboyda, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirilib.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə İcra Başçısı Məhərrəm Quliyev rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdırıb. Dövlət qulluğunda fərqlənən bir neçə əməkdaşa  rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?