Modern.az

Nazirlik tələbə köçürməsinə dair yeni qaydalar hazırlayıb

Nazirlik tələbə köçürməsinə dair yeni qaydalar hazırlayıb

18 Noyabr 2013, 14:55

“Ali təhsilin bakalavriat səviyyəsində müəllim hazırlığı aparılan ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanıb, ekspertizası keçirilib və təsdiq edildikdən sonra növbəti tədris ilindən onların tətbiqinə başlanılması nəzərdə tutulur”. Modern.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bu proqramların əvvəlki təhsil proqramlarından əsas fərqli cəhəti odur ki, onlar hazırlanacaq mütəxəssislərin bilik, bacarıq və kompetensiyalarına əsaslanır və proqrama daxil olan fənlərin məzmunu tələbələrin həmin bilik, bacarıq kompetensiyalara yiyələnməsini təmin edir.

Eyni zamanda Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanıb.

“Hazırda onların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən tətbiqi nəzərdə tutulur. Qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib”.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU