Modern.az

Naxçıvanda 74 tona yaxın çətənə məhv edildi 

Naxçıvanda 74 tona yaxın çətənə məhv edildi 

Aktual

22 İyun 2024, 18:22

Naxçıvanda 74 tona yaxın yabanı halda bitən çətənə bitkisi məhv edilib.

 

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755 620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18 500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5 852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9 912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular