Modern.az

Cəbhə bölgəsindəki daha bir kəndə təbii qaz verildi

Cəbhə bölgəsindəki daha bir kəndə təbii qaz verildi

18 Noyabr 2013, 15:15

Füzuli rayonunun İkinci Mahmudlu kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüququ mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, ölkənin qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur. Alı Alıyev həmçinin rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verib, sakinləri təbii qazın verilməsi münasibəti ilə təbrik edib.

Qeyd edilib ki, 297 abonenti olan İkinci Mahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13576 metr olan müxtəlif diametrli polietilen, uzunluğu 1640 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 297 ədəd qaz sayğacı və müvafiq sayda fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri İkinci Mahmudlu kəndinin ilk dəfə olaraq “mavi yanacaq”la təchiz edilməsinə görə olkə başçısına minnətdarlıqlarını bildiriblər.  Sonra rəmzi məşəl yandırılmış və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.


Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU