Modern.az

Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi

Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi

Hadisə

23 İyun 2024, 11:42

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB