Modern.az

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edəcəklər

Stolüstü tennisçilərimiz beynəlxalq yarışda iştirak edəcəklər

İdman

23 İyun 2024, 16:09

Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər.

 

Modern.az xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.

 

Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq.

 

İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.

 

Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI