Modern.az

Sabah Masallının 4 kəndində qaz OLMAYACAQ

Sabah Masallının 4 kəndində qaz OLMAYACAQ

23 İyun 2024, 18:21

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

 

Modern.az-ın məlumatına görə, Qəriblər kəndində 2024-2025-ci il payız-qış tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərinin ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu