Modern.az

Həccdə ölənlərin sayı 1100-ü keçdi

Həccdə ölənlərin sayı 1100-ü keçdi

23 İyun 2024, 22:11

Həcc ziyarəti zamanı həlak olan sayı 1100-ü keçib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS ərəb ölkələrinin rəsmi qurumlarına istinadən bildirir.

 

Məlumata görə, ölənlərin 672-si misirlidir. Onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti xüsusi viza verib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti edib.

 

Qeyd edək ki, bu il Həcc ziyarəti zamanı Məkkədə havanın temperaturu, demək olar, 52 dərəcəyə çatıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?