“İlyas İsmayılov hüquqşünas və hüquq elmləri doktorudur. Görünür, araşdırmaları nəticəsində qanunvericiliyə uyğun olaraq həmin deputatların mandatdan məhrum edilməsinə dair əsaslar tapıb”. Bu sözləri Modern.az-a açıqlamasında deputat Çingiz Qənizadə deyib. O, İlyas İsmayılovun icra strukturlarında çalışan deputatların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciətinin hüquqi tərəfini izah edərkən qeyd edib ki, deputat həmkarının qaldırdığı iddianın qanunauyğunluğuna Konstitusiya Məhkəməsi cavab verəcək.
“Bu, həmin məhkəmənin səlahiyyətində olan məsələdir”.
Qeyd edək ki, Milli Məclisinin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov icra strukturlarında çalışan deputatların mandatdan məhrum edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edib.
Xatırladaq ki, bundan əvvəl İ.İsmayılov Prezident İlham Əliyevə və MSK sədri M. Pənahova da eyni məzmunlu məktub göndərib.
Aytən ƏLİYEVA