Modern.az

“Cəmil Həsənlinin keçirdiyi görüşlərin 1 qəpiklik əhəmiyyəti yoxdur”

“Cəmil Həsənlinin keçirdiyi görüşlərin 1 qəpiklik əhəmiyyəti yoxdur”

18 Noyabr 2013, 18:04


“Cəmil Həsənli dünyanın harasında istəyir görüş keçirsin. Bunun mənası nədir ki?! Azərbaycanda seçkilər bitib. Seçkiləri izləyən beynəlxalq təşkilatlar da yüksək səviyyədə qiymətlərini veriblər”.
Bunu Modern.az-a Milli Məclisin deputatı Eldar İbrahimov Milli Şuranın vahid namizədi olmuş Cəmil Həsənlinin Amerika səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, prezident İlham Əliyev hazırda işini icra edir:

“Dövlət başçısı Türkiyəyə səfər edib, indi də Ukraynada səfərdir. Cəmil Həsənlinin keçirdiyi görüşlərin mənası onun üçün nədir bilmirəm, amma Azərbaycan cəmiyyəti üçün bu görüşlərin 1 qəpiklik də əhəmiyyəti yoxdur. Bunun cəmiyyətə nə xeyri, nə də zərəri var. Görüşləri keçirməklə nə əldə edə biləcək ki?!”. 

E. İbrahimov qeyd edib ki, müxalifət bunu uğur hesab edə bilər, amma belə deyil: “Buna qiymət vermək də düzgün deyil. Beynəlxalq təşkilatlar seçkiyə yüksək qiymət verib, sonradan deyəcəklər ki, seçkilər düzgün keçirilməyib? Ola bilər, Cəmil Həsənli görüşü pul qazanmaq üçün keçirir”.

İlkin PİRƏLİ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU