Modern.az

Zelenskidən Qərbə ÇAĞIRIŞ: Silahlarınızla Rusiyanı vurmağımıza icazə verin!

Zelenskidən Qərbə ÇAĞIRIŞ: Silahlarınızla Rusiyanı vurmağımıza icazə verin!

Dünya

24 İyun 2024, 12:20

Ukrayna prezidenti Volodimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verməyə çağırıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı o, yaydığı videomüraciətində deyib.

 

Zelenski həmçinin Qərb ölkələrini Kiyevə daha çox uzaqmənzilli silahlar verməyə çağırıb: “Bizə daha çox mənzil lazımdır, ukraynalılar üçün uyğun silahlar lazımdır və biz bunun üzərində tərəfdaşlarla işləyirik, həlli yaxınlaşdırmaq üçün hər şeyi edirik”.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, ABŞ-ın Kiyevə verdiyi uzaqmənzilli ATACMS raketləri son nəticədə Kerç körpüsünü məhv edə bilər. Amerikanın “Philadelphia Inquirer” nəşrinə müsahibəsində Budanov qeyd edib ki, “sual yalnız raketlərin sayıdır, lakin prinsipcə onlar belə bir tapşırığın yerinə yetirilməsinə imkan verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal