Modern.az

Rayonlarda yağış yağır, Bakıda 34 dərəcə isti var - Faktiki hava

Rayonlarda yağış yağır, Bakıda 34 dərəcə isti var - Faktiki hava

24 İyun 2024, 12:12

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin 23-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

 

Xidmətdən Modern.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Astarada 6 mm, Zaqatalada 5 mm, Lənkəranda 3 mm olub.

 

Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Aran rayonlarında 35, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular