Modern.az

İqlim də qloballaşarmı...

İqlim də qloballaşarmı...

18 Noyabr 2013, 18:12

Bu aspektdə elm və siyasətin rolu bir qədər şişirdilib. Müşahidələrimiz göstərdi ki, qlobal yaxınlaşmalara gedən yolun gerçəkləşdirilməsində daim yenilik arzulayan əksər sadə insanlar da fəal iştirakçı oldular. Qloballaşma isə yalnız mədəniyyətlərin, siyasətlərin, iqtisadiyyatların üstün cəhətlərinin qovuşması ilə sonuclanmadı...

Xatırlayırsınızsa, XX əsrin sonuncu, XXI əsrin ilk onilliyində bir çox əlamətlərdə xalq, millət fərqlərinin axtarılmasına gerizəkalılıq kimi baxılmağa başlanıldı. Cəmiyyətlərə təlqin olundu ki, gözəl alimin, gözəl musiqi sənətkarının, əsl insanın, əsl ziyalının, qəhrəman oğul və qızların, şəhidlərin, əməyi mənimsənilməmiş qalib idmançının hansı millətə, hansı xalqa mənsubluğunun bir o qədər də əhəmiyyəti yoxdur. Onların əməllərindən bütün dünyaya işıq düşüb, düşür və dünya durduqca düşəcək də. Bu bir qismin yaxınlaşmasını, bir qismin mərkəzləşməsini, bir kənd halına gəlməsini stimullaşdıracaq amil idi.

Amma mövqelərin yaxınlaşdırılması təkcə xoş niyyətlərin təbliğatı ilə yekunlaşmırdı axı. Bu siyahı qəribə bir tərzdə davam etdirilirdi. Təbii ki, bir məkanda yox, ayrı-ayrı qütblərdə. Təxminən belə bir ardıcıllıqla (hansısa peşənin sahiblərini unutsam məni məzur tutsunlar. Bu qəbahəti qəsdən yox, yaddaşsızlıqdan yazmaya bilərəm. N.Z): oğruların, saxtakarların, qədim peşə sahiblərinin, əyyaşların, manqurtların (bu ümumiyyətlə danılmaz faktdır), yalançıların, yaltaqların, evyıxanların, möhtəkirlərin, fırıldaqçıların (fərqi yoxdur, ölkədaxili və ya beynəlxalq miqyaslı), haramzadaların, parazitlərin də bir xalqla məhdudlaşdırılması düzgün hesab edilmədi. Hər hansı səbəbdən. Ya sonuncuların başaşağılıq gətirən əməllərini heç kim özününkü kimi qəbul etmək istəmirdi, bu yolla onların digər xalqlardakı analoqları ilə qaynayıb-qarışıb yoxa çıxmasını istəyirdi, ya da sadəcə “hamıda belələri var” deyə özündə təsəlli tapırdı.

Bütün hallarda cəmiyyətlər saydığımız kateqoriyaların daşıyıcıları ilə qlobal dünyaya inteqrasiyanı əsas götürməyə məhkum olundular. Kim kimdən alimlik, sənətkarlıq, cahillik, manqurtluq, ədalətlilik, saxtakarlıq, fırıldaqçılıq və s. öyrənə bildi, bunların “tüstüsü” 2010-cu ildən çıxmağa başlayır...

Tüstü demişkən, qloballaşma ortaya atılandan sonra qlobal iqlim dəyişiklikləri də gündəmi zəbt elədi. Əslində bu ALLAHIN işinə qarışmaq kimi də yozula bilər. Axı iqlim hamımızındı. Allahın bəxşişi kimi. Onun ətrafında manipulyasiyalar, spekulyasiyalar baş tutmaz. Ekoloq alimimiz Telman Zeynalovdan iqlim dəyişikliklərinin səbəbləri ilə maraqlandım. Ekoloq burada böyük mənada qloballaşma axtarmağın lüzumsuz olduğunu söylədi. Dedi ki, iqlim heç kimlə hesablaşmadan hər 30-40 ildən bir təbii şəkildə dəyişilir. Cəmiyyətlərdən fərqli olaraq sadaladığımız müsbət və mənfi yüklü kateqoriyaların əməllərinin onu yolundan döndərib saxtakarlıqlara yuvarlada bilməsi mümkünsüzdür. Sadəcə ona atılan çamurlar, ədalətsizliklər canlı aləmə təsir etdiyindən hər an alimlər ekoloji tarazlığan qorunması istiqamətində çabalar göstərirlər. İqlim normaları isə həmin yaramazlıqlar qarşısında yüngülcə məcrasını dəyişir və yenidən özünün spesifik yoluna davam edir.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU