Modern.az

Suriyada terrorçu qüvvələrin yüksək rütbəli komandiri öldürüldü

Suriyada terrorçu qüvvələrin yüksək rütbəli komandiri öldürüldü

18 Noyabr 2013, 23:16

Modern.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Suriyada silahlı ekstremist qüvvələrinin yüksək rütbəli komandiri Əbdul Qədir əl-Saleh həlak olub.

Livə əl-Tövhid terrorçu təşkilatının hərbi rəhbəri ötən həftə Suriya aviasiyasının hava zərbəsi altına düşməsi nəticəsində ağır yaralar alıb və dünən gecəTürkiyə hospitalında keçinib. Qruplaşmanın siyasi lideri Əbdul Əziz Salama təşkilata ümumi rəhbərliyi qəbul edib.

Livə əl-Tövhid briqadası Hələb bölgəsində dövlətə qarşı döyüşən qüvvələrin əsas dəstələrindən biri sayılır, qruplaşmanın təxminən 8–10 min döyüşçüsü var.

Bu qruplaşma 2012-ci ilin iyulunda Hələb bölgəsində müstəqil döyüşçü dəstələri birləşdirmək məqsədilə formalaşıb.

Yanvar ayında Livə əl-Tövhid dəstəsi Suriya İslam Azadlıq Cəbhəsinə (SİLF) qoşulub.

Hələbdə ötən ildən bəri terrorçu dəstələrlə Suriya ordusu arasında mövqe döyüşləri davam edirdi.

Qeyd edək ki, son bir neçə həftə ərzində Suriya ordusu geniş hücum əməliyyatları keçirərək, şəhərdə strateji əhəmiyyətli mühüm ərazilərə nəzarəti bərpa edə biliblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU