Modern.az

“İsmayıllı hadisələri” üzrə ittiham olunanların məhkəməsi təxirə salınıb

“İsmayıllı hadisələri” üzrə ittiham olunanların məhkəməsi təxirə salınıb

19 Noyabr 2013, 01:05

Noyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı ittiham olunanların məhkəməsi başlayıb.

Bu dəfə də jurnalistlər məhkəməyə buraxılmayıb. Yalnız təqsirləndirilənlərin yaxınları buraxılıb.

Məhkəmə iclası 14:30-da davam etməli idi. Ancaq bəzi müttəhimlərin vəkilləri prosesdə iştirak etmədiyindən noyabrın 29-dək təxirə salınıb.

Hakim qarşısına 18 nəfər çıxarılıb. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Onlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU