Modern.az

Bu gündən sertifikasiyadan narazı müəllimlərin şikayəti qəbul olunur

Bu gündən sertifikasiyadan narazı müəllimlərin şikayəti qəbul olunur

Təhsil

25 İyun 2024, 10:22

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verildi.

Bu barədə Modern.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.

Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi