Modern.az

İham Əliyevin Ukrayna səfərində kuryoz hadisə - VİDEO

İham Əliyevin Ukrayna səfərində kuryoz hadisə - VİDEO

18 Noyabr 2013, 23:50

Azərbaycan prezidenti İlham Əliyevin Ukraynada rəsmi qarşılanması zamanı maraqlı hadisə baş verib.  Belə ki, təntənəli qarşılanma zamanı Ukraynanın və Azərbaycanın dövlət başçısının qarşısına gələn fəxri qarovul xidmətinin kapitan rütbəli zabitinin papağı o qılıncla protokol hərəkəti yerinə yetirən zaman başından düşüb.
Lakin zabit çevik davranaraq papağı yerə düşməyə qoymayıb və o, qılıncın başına keçən papağı əli ilə tutub. O, heç nə baş verməmiş kimi papağı əlində saxlayaraq işini sona kimi davam etdirib.

 



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI