Modern.az

Zelenski Silahlı Qüvvələrin komandanını işdən çıxardı

Zelenski Silahlı Qüvvələrin komandanını işdən çıxardı

25 İyun 2024, 10:42

Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu işdən çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı postu briqada generalı Andrey Qnatova həvalə edilib.

Zelenski Sodolun işdən çıxarılmasının səbəblərini açıqlamayıb.

İşdən çıxarılan generalın hansı vəzifəni tutacağı məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular