Modern.az

Rusiya casusluqda günahlandırdığı ABŞ jurnalistini mübadilə etdi - YENİLƏNİB

Rusiya casusluqda günahlandırdığı ABŞ jurnalistini mübadilə etdi - YENİLƏNİB

Dünya

1 Avqust 2024, 15:50

Rusiyada casusluq ittihamı ilə həbs olunan amerikalı jurnalist Evan Qerşkoviç və keçmiş ABŞ dəniz piyadası Pol Uilan məhbus mübadiləsi çərçivəsində azad ediliblər.

 

Modern.az xəbər verir ki, hələlik mübadilə ilə bağlı rəsmi açıqlama verilməyib.

 

ABŞ tərəfinin kimləri qaytardığı da hələlik bəlli deyil.

 

***

26.06.2024 / 11:30

 

Rusiyanın Yekaterinburq məhkəməsi amerikalı jurnalist Evan Qerşkoviçin işinə baxmağa başlayıb.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, jurnalist “Uralvaqonzavod”la bağlı “MKİ-nin göstərişi əsasında məxfi məlumat toplamaqda” ittiham olunur.

 

Yekaterinburqun Sverdlovsk vilayət məhkəməsi "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviçin ittiham olunduğu “casusluq” işinə baxmağa başlayıb. Jurnalist məhkəməyə aparılıb.

 

İş üzrə dinləmələr əvvəlcədən elan olunduğu kimi, qapalı keçiriləcək.

 

Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndələri bildiriblər ki, jurnalist “MKİ-nin göstərişi ilə “Uralvaqonzavod” müdafiə müəssisəsinin hərbi texnika istehsalı və təmiri sahəsində fəaliyyəti haqqında məxfi məlumat toplamaqda” ittiham olunur.

 

Evan Qerşkoviç ittihamları rədd edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi