Modern.az

Ərdoğan NATO-nun yeni baş katibi ilə DANIŞIB

Ərdoğan NATO-nun yeni baş katibi ilə DANIŞIB

Dünya

26 İyun 2024, 14:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.

 

Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.

 

Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal