Modern.az

3 ölkənin müdafiə naziri bu tarixdə görüşəcək 

3 ölkənin müdafiə naziri bu tarixdə görüşəcək 

Dünya

26 İyun 2024, 18:18

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında növbəti üçtərəfli görüşün vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili məlumat verib.

 

O bildirib ki, görüş bu ilin sentyabr ayında Tbilisidə baş tutacaq.

 

Görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s.məsələlərin müzakirəsi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal