Modern.az

Sarayda qanunsuz tikili söküldü - VİDEO

Sarayda qanunsuz tikili söküldü - VİDEO

Aktual

27 İyun 2024, 11:20

övqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər