Modern.az

COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər tətbiq ediləcək

COP29-la əlaqədar ölkədə bir sıra məhdudiyyətlər tətbiq ediləcək

COP29

27 İyun 2024, 12:42

COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

 

O bildirib ki, bu barədə məsələ Milli Məclisin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciətlə bağlı qərarında əksini tapıb.("Report")

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?