Modern.az

“Azərsu”: İstehlakçılar fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqlar

“Azərsu”: İstehlakçılar fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaqlar

19 Noyabr 2013, 17:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi  istiqamətində kompleks tədbirləri davam etdirir. Bu məqsədlə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki,  Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+110 Şərq” anbar kompleksində genişmiqyaslı işlər görülür. İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək və fasiləsiz  su təchizatı rejiminə nail olmaq üçün “+ 110 Şərq” su anbarı kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti  mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra işlərə başlanılıb. lkin olaraq anbarlar  lil çöküntülərindən təmizlənib və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılıb, anbarların daxildən izolyasiyası və üst qatının təmiri işləri həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində anbarlara daxil olan borular da yenilənib, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunub,  anbarlardan nasos stansiyasına gedən  1400 mm  diametrli kollektorlar tamamilə yenidən qurulub. Bununla da istehlakçıları içməli su ilə təmin edən nasos stansiyasına ötürülən suyun həcmi artırılıb.

İşlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılıb və onlar istismara verilib. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaqdır. 

Xatırladaq ki, bu ilin əvvəlində “+ 69 Şərq” anbar kompleksində əsaslı yenidənqurma və təmir işləri aparılıb. Bu məqsədlə anbarların çıxışında nasosxanaları normal təzyiqli su  ilə təmin edən çıxış kollektorları yenilənib. Uzun müddət istismarda olan 700 mm diametrli kollektor 1400  mm diametrli yeni kollektorla əvəz edilib. Yeni kollektorun istismara verilməsindən sonra buradan  “+110 Şərq” anbar kompleksinə, eləcə də şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranıb. Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “+ 110 Şərq”  su anbarı paytaxtın Xətai rayonunu, eləcə də Nizamı, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsini içməli su ilə təmin edir. Burada aparılan işlər Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarında  indiyə qədər qrafiklə su alan 220 mindən artıq insanın fasiləsiz rejimdə su almasına imkan verəcəkdir.

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU