Modern.az

İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatıb

İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatıb

19 Noyabr 2013, 18:17

Azərbaycan prezidenti İlham Əliyevin Avstriyaya işgüzar səfəri başa çatıb. Vyananın Şvexat Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Avstriyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib.
Qeyd edək ki, noyabrın 19-da Vyanada, “Hofburq” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə inkişafı müzakirə olunub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU