Modern.az

Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı 

Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı 

27 İyun 2024, 19:44

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasına təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, I təsnifat mərhələsində Albaniyanın "Vlazniya" və İslandiyanın "Valyur" klubları arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.

 

Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 18-də Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu