Livanın paytaxtı Beyrutda İran səfirliyini zədələyən 2 ardıcıl partlayış nəticəsində ən azı 22 adamın öldüyü xəbər verilir. Ölənlər arasında İranın mədəniyyət üzrə attaşesinin olduğu təsdiqlənib.
Televiziyada yayımlanan görüntülərdə yaralıların təcili yardım xidmətləri tərəfindən aparıldığını görmək olar.
Ərəbdilli telekanallarda yanan avtomobil və dağılmış binalar göstərilib.
BBC müxbiri bildirir ki, hücumu törədənlər İran və onun dəstəklədiyi Hizbullah qrupuna bu yolla açıq mesaj göndərmək istəyiblər.
Hizbullah qrupu Suriyaya Bəşər əl-Əsədin hakimiyyətini dəstəkləmək üçün döyüşçülər göndərib.
Suriya münaqişəsinə görə Livanda təriqətlər arasında gərginlik kəskinləşib.
Cənubi Beyrutda yerləşən İran səfirliyinin ətrafındakı rayonlar Tehranın dəstəyinə malik Hizbullah qrupunun istehkamı hesab olunur.
Son bir neçə ay ərzində bu rayonlar hədəfə alınıb.
Səfirliyin üçmərtəbəli binası partalyışla zədələnib və onun əsas girişi uçurulub.
Modern.az