Modern.az

Uşaqlara qarşı zorakılıq halları artıb

Uşaqlara qarşı zorakılıq halları artıb

19 Noyabr 2013, 23:53

Son 2 ildə Azərbaycanda 160 uşağın müxtəlif səpkili zorakılığın qurbanı olması qeydə alınıb

19 noyabr beynəlxalq, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması günü kimi bütün dünyada qeyd edilir. Son dövrlərdə uşaq zorakılığına qarşı mübarizə gücləndirilib. Buna baxmayaraq uşaqlar arasında zorakılıq halları ilbəil artır.

Bu məsələdə Azərbaycan da istisna deyil. Anspress-in məlumatına görə, son 2 il ərzində ölkəmizdə 160 uşaq müxtəlif səpkili zorakılığın qurbanı olub. Təbii ki, bu rəqəm yalnız rəsmi qeydiyyatdan keçənlərin statistikasıdır. Qeydiyyatdan keçməyən yüzlərlə zorakılığın qurbanı olan uşaqlar var. Bəs görəsən uşaqlara tətbiq edilən zor hallarına səbəb nədir?

Bu sahə ilə məşğul olan ekspertlər uşaq zorakılıq hallarına əsas kimi insanların sosial yaşayış tərzinin ağırlaşmasını və maddi çətinliklərin olmasını əsas gətirirlər. Bu səbəbdən də qeydə alınan hallarda 60 faizi məişət tipli zorakılıqdır.

“Biz onları reablitasiya mərkəzlərinə dəvət edirik, onlara sığınacaqlar ayçrırıq. Onlarla psixoloq hüqüqşunalar məşğul olur” – deyə sosial reablitasiya mərkəzinin direktoru Elnarə Hüseynova bildirib.

Uşaqlar arasında zorakılığa məruz qalanlar ən çox 8-15 yaş aralığındadır.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU