Modern.az

İsrail Qəzzanı bombaladı

İsrail Qəzzanı bombaladı

20 Noyabr 2013, 00:33

İsrail hərbi hava qüvvələrinə məxsus qırıcılar Qəzzanın Xan Yunis şəhəri və Beyt Lahiya rayonuna zərbələr endirib. “Anadolu” agentliyinin məlumatına görə, qırıcı təyyarələr Qəzzanın cənubundakı Xan Yunis şəhərində 2 toyuq ferması və 1 tunelə hücum edib. Beyt Lahiyada isə “İslami Cihad” hərəkatının təlim sahəsinə zərbələr endirilib.

İsrail ordusunun radiosu Qəzza sərhədindəki raket bazasına zərbələr endirildiyini açıqlayıb və bunun İsrailin hərbi mövqelərinin top atəşinə məruz qalmasına cavab olduğunu bildirib. Radio ölənlərin və yaralananların olmadığını bildirib.

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU