Modern.az

Sobyanin: Moskvadan 13 mindən çox miqrant çıxarılıb

Sobyanin: Moskvadan 13 mindən çox miqrant çıxarılıb

20 Noyabr 2013, 02:07

"Rusiya qanunlarını pozan 42,8 min əcnəbiyə giriş qadağan edilib"

2013-cü ilin əvvəlindən Moskva ərazisində qeyri-leqal yaşayan 13 mindən çox miqrant Rusiyadan çıxarılıb. Bu barədə “Komsomolskaya pravda”ya müsahibəsində Moskvanın meri Sergey Sobyanin bildirib.

Sobyaninin sözlərinə görə, Rusiya qanunlarını pozan 42,8 min əcnəbiyə giriş qadağan edilib ki, bu, bir il əvvəllə müqayisədə xeyli çoxdur: “Miqrantlar büdcəni doldurmalı, işəgötürənlər isə onları sosial hüquqlarla təmin etməlidirlər”.

 Merin fikrincə,  miqrantların məqsədi qanunla ziddiyyət təşkil edirsə, sərt hədd qoyulmalıdır, barmaq izləri götürülməli, bu adamların adları məlumat bazasına daxil edilməlidir.

Modern.az

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU