Modern.az

Məsud Pezeşkian Rey şəhərində səs verdi: “Qalib gəlsəm...” - AÇIQLAMA

Məsud Pezeşkian Rey şəhərində səs verdi: “Qalib gəlsəm...” - AÇIQLAMA

Dünya

28 İyun 2024, 14:24

Bu gün səhər saatlarından İranda 14-cü prezident seçkilərinin səsverməsi başlayıb.

Modern.az xəbər verir ki, seçkilərdə 4 namizəd mübarizə aparır:

Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri.

Prezidentliyə namizəd Məsud Pezeşkian Rey şəhərinin Firuzabadi təhsil mərkəzində səs verib.

İRNA-nın məlumatına görə, səsvermədən əvvəl Pezüşkian Firuzabadi xəstəxanasında olub, məsul şəxslər və xəstələrin səhabələri ilə görüşüb söhbət edib.

O bildirib ki, haqqını ala bilməyənlərin, o cümlədən kişi və qadınların, təqaüdçülərin səsi olmaq üçün meydana çıxıb.

“Qalib gəlsəm, İranın xarici ölkələrlə əlaqələrini yaxşılaşdırmağa çalışacağam”, - deyə o əlavə edib.

Məsud Pezeşkian islahatçıların namizədi hesab olunur. Keçmiş prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani də onu dəstəkləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal