Modern.az

Qarpız dolu yük maşını dərəyə aşdı - FOTO

Qarpız dolu yük maşını dərəyə aşdı - FOTO

Hadisə

29 İyun 2024, 14:20

Şamaxıda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb.

 

Qəza nəticəsində qarpız dolu yük avtomobili yararsız hala düşüb.

 

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və sərnişin Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza