Modern.az

Milli Şura üzvü: “Vaqif Hacıbəyli Hafiz Hacıyevin tayıdır”

Milli Şura üzvü: “Vaqif Hacıbəyli Hafiz Hacıyevin tayıdır”

20 Noyabr 2013, 12:01

“Onun səsləndirdiyi fikirlər doğrudur. Eldar Namazov Milli Şuranın yaradılmasında ən başlıca rol oynadı. Bunu bütün məsuliyyətimlə deyirəm”. Bunu Modern.az-a Milli Şuranın üzvü Eldəniz Quliyev qurumun icra aparatının rəhbəri Eldar Namazovun son müsahibəsinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov müsahibəsində deyib ki, hakimiyyət Cəmil Həsənlini iki partiyanın namizədi səviyyəsinə endirmək istəyirdi: “Bu təbliğat, təəssüflər olsun ki, üst-üstə düşdü. Hakimiyyət bu təbliğatı niyə aparırdı, aydın məsələ idi. Ola bilsin ki, kimlərsə burada taktiki məsələlərdə uduş əldə etmək xətrinə strateji hədəfləri nəzərə almadan müxalifət düşərgəsində də kampaniya keçirdi. Əslində belə deyildi. Milli Şura bütövlükdə Cəmil Həsənlini dəstəklədi”.

E.Quliyev qeyd edib ki, Eldar Namazov olmasaydı, Milli Şura yaranmayacaqdı: “O, dəfələrlə partiya sədrləri ilə görüşlər keçirdi. Eldar Namazovun bir-biri ilə oturmaq istəməyən adamların bir araya gətirilməsində müstəsna xidmətləri oldu. Belə olmasaydı, Milli Şura yaranmayacaqdı, inanın mənə. Onun rolunu xüsusi vurğulamaq lazımdır”. Milli Şuranın üzvü Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin bu müsahibəyə görə E. Namazovu Milli Şuradan uzaqlaşdırılması tələbinə münasibət bildirməyib: “Vaqif Hacıbəylinin açıqlamaları ilə Hafiz Hacıyevin açıqlamaları təxminən eyni olduğu üçün ona münasibət bildirmirəm”.

İlkin PİRƏLİ 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU