Modern.az

Dövlət qulluğu imtahanlarına hazırlaşanlara şad xəbər

Dövlət qulluğu imtahanlarına hazırlaşanlara şad xəbər

20 Noyabr 2013, 12:07

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Yeni hüquq ədəbiyyatı” layihəsi çərçivəsində Vüqar Əsgərov və Elvin Əliyevin birgə müəllifliyi ilə “Dövlət qulluğuna qəbul üzrə qaznunvericilik toplusu və test tapşırıqları” hüquq dərsliyini çap edib.

Modern.az xəbər verir ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Azərbaycan Hüquqşünasları Konfederasiyası ilə əməkdaşlığı nəticəsində 1000 tirajla çap edilən kitab pulsuz olmaq şərtilə gənc hüquqşünaslar, tələbələr, hüquq sahəsi üzrə təlim keçirən QHT-lərə, dövlət həmçinin digər aidiyyatı qurum və şəxslərə paylanacaq.

Dərsliyin cildində “YARAT!” Müasir İncəsənət Məkanının rəssamı Fəxriyyə Məmmədovanın əsəri yer alıb ki, bu da incəsənətlə hüququn harmoniyasını yaratmaqla yanaşı, həm də hüququn müasir incəsənətə verdiyi dəstəkdir. Bu, sənətin populyarlaşması, sənətin bütün təbəqələr tərəfindən qəbuluna, tanınmasına töhfələr verir, sənətin, gənc rəssamlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2013-cü ilin sentyabr ayının 15-dək olan əlavə və dəyişikliklərlə çap olunmuş normativ hüquqi aktlar toplusunda dövlət qulluğunа qəbul məqsədilə kеçirilən müsаbiqələrin tеst imtаhаnı mərhələsi üçün müəyyən еdilmiş qаnunvеricilik prоqrаmınа uyğun оlаrаq hаzırlаnmışdır. Tоpludа qаnunvеriciliyə еdilmiş sоn əlаvə və dəyişikliklər nəzərə аlınmışdır. Topluda “Normativ hüquqi aktlar haqqnda” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ixtisarlarla verilmişdir. İxtisarla verilmədə məqsəd namizədlərin qeyd edilən normativ aktlar üzrə biliklərinin test imtahanında yalnız təqdim edilmiş mövzular (maddələr) üzrə yoxlanılması ilə bağlıdır. “Dövlət qulluğu hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunundа qеyd оlunmuş «müvаfiq icrа hаkimiyyəti оrqаnı»nın hаnsı оrqаn оlmаsı təqdim оlunаn tоpludа аçıqlаnmışdır. Bunu nəzərə аlаrаq “Dövlət qulluğu hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnunun tətbiq оlunmаsı bаrədə müvаfiq fərmаnlаr tоpludа vеrilməmişdir. “Müvаfiq icrа hаkimiyyəti оrqаnı” dеdikdə hаnsı оrqаn nəzərdə tutulduğu təqdim оlunаn tоpludа аçıqlаnmаsı nаmizədlərin tеst imtаhаnı mərhələsinə dаhа yахşı hаzırlаşmаlаrınа imkаn yаrаdır.

Eyni zamanda, topluda test tapşırıqları da verilmişdir. Test tapşırıqları dövlət qulluğuna qəbul üçün keçirilən müsabiqələrin test imtahanı mərhələsi üçün müəyyən edilmiş qanunvericilik proqramına uyğun olaraq hər bir normativ akt üzrə hazırlanmışdır. Təqdim olunan test tapşırıqlarının məqsədi dövlət qulluğuna qəbula hazırlaşan şəxslərin müvafiq qanunvericilik üzrə biliklərinin yoxlanılması və qiymətləndirilməsindən ibarətdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU