Modern.az

Naftalandan Suqovuşana veloyürüş təşkil olunacaq - FOTO

Naftalandan Suqovuşana veloyürüş təşkil olunacaq - FOTO

30 İyun 2024, 16:25

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, 29-cu "Tərəflərin Konfransı (COP)" çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Karvan Hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə təşkil olunan veloyürüşün iştirakçıları yürüşdən bir gün öncə Naftalanda olublar.

 

Modern.az xəbər verir ki, iştirakçılar şəhər ərazisində 15 km məsafə üzrə test yürüşü ediblər.

 

Qeyd edək ki, Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə təşkil olunan veloyürüş növbəti gün start götürəcəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər