Modern.az

Zaur Darabzadə jurnalistlərə mühazirə oxuyub-FOTOLAR

Zaur Darabzadə jurnalistlərə mühazirə oxuyub-FOTOLAR

20 Noyabr 2013, 12:30

Modern.az-ın məlumatına görə, Azərbaycanda ilk internet radio layihəsinin yaradıcısı, sosial-media və PR üzrə mütəxəssiz, Avto Fm radiosunun baş koordinatoru Zaur Darabzadə Bakı Dövlət Universitetində olub. O,  jurnalistika fakültəsinin 4-cü kurs tələbələrinə mühazirə oxuyub.

Fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Sosial media» seçmə fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn Zaur Darabzadənin PR-la bağlı prezentasiyası tələbələrin marağına səbəb olub. Z.Darabzadə əsasən PR-ın məqsəd və vəzifələri, ona bənzər fəaliyyət növləri və onların PR-dan fərqi, PR strukturunun formalaşdırılması və hədəf auditoriyalar, PR mütəxəssisinin iş prinsipləri və funksiyaları barədə danışıb. Eyni zamanda dövlət, özəl və QHT sektorunda PR-ın tətbiqindən də bəhs edib, fikrini konkret misallarla əsaslandırıb. Mühazirədə tələbələr Zaur Darabzadə ilə fikir mübadiləsi aparılıb.

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU