İraq prezidenti Cəlal Təlabaninin mühafizəçisi öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə 19 ildir C.Təlabaninin mühafizəçisi işləyən 42 yaşlı Sərvər Hacı Rəşidin İraqın Süleymaniyyə bölgəsində yerləşən evinə edilən silahlı basqın nəticəsində həlak olub. Araşdırmalar nəticəsində məlum olub ki, mühafizəçi Almaniyada müalicə alan C. Təlabaninin yanına getmək istəyib. Qatilin kimliyi isə hələlik bilinmir.
Modern.az