Gəncədə Şəhər İcra Hakimiyyətində çəkiləcək tramvay xətlərinin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Başcısı Elmar Vəliyev, Fransada fəaliyyət göstərən NEWTL şirkətinin kommerasiya direktoru Jan Fğansuq Ağjans, şirkətin region üzrə kommerasiya direktoru Anna Samsonova, beynəlxalq layihələr üzrə kommerasiya direktoru Lorant Ozel, layihələrin yekunları üzrə direktoru Paskal Gessat və Gəncə şəhər ictimaiyyətinin ziyalıları iştirak edib.
Tədbiri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açıq elan edərək qonaqları şəhərimizdə görməkdən məmnunluq duyduğunu bildirib. Daha sonra xarici qonaqlar mövzu ətrafında öz fikirlərini ifadə ediblər.
Tədbir boyu çıxış edən natiqlər layihəni haqda içtimaiyyətə məlumat veriblər. Onlar tramvay yolunun Gəncənin dörd istiqamətini əhatə edəcəyini, 3 tramvay marşrut xəttinin işə salınacağını və ilk olaraq tramvay xəttinin 15 kilometr uzunluğunda olacağını bildiriblər.
Tədbirin sonunda tramvay yolunun çəkilməsinə dair Gəncə şəhər İcra Hakimiyyəti və NEWTL şirkəti arasında memorandum imzalanıb.
“Qeyd edək ki, şəhərimizdə fəaliyyət göstərəcək tramvayın hərəkət etdiyi marşrut üzrə 12 dayanacaq quraşdırılacaq. Hər dayanacaqda gəlib-getmə qrafiki elektron tabloda əks olunacaq. Təcili Tibbi Yardım Xəstəxanasından dəmiryol vağzalına qədər olacaq Tramvay maşurtu üzrə velosiped yolları da insa olunacaq”-deyə Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib.
Modern.az