2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə AzərTAc sədrlik edəcək. Bu barədə qərar noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Konqresində qəbul olunub.
Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bu tədbirdə Xəbər Agentliklərinin Dünya Konqresinə 2016-2019-cu illərdə sədrlik AzərTAc-a keçəcək. Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres şəhərlərində keçirilib/
Modern.az