Modern.az

Rüstəm İbrahimbəyov: “Milli Şuranın sədri Cəmil Həsənli olsun”

Rüstəm İbrahimbəyov: “Milli Şuranın sədri Cəmil Həsənli olsun”

20 Noyabr 2013, 14:40


“Həmsədrlik institutunun yaradılmasının təşəbbüskarı mən olmuşam. Cəmil Həsənlinin Milli Şuranın sədri olması təşəbbüsünü də mən qaldırmışdım. Onun prezidentliyə namizəd olmasını da mən təklif etmişəm. Mənə elə gəlir ki, Cəmil Həsənli həmsədr olsa çox yaxşı olar”.

Modern.az-ın məlumatına görə, bunu Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib.
O, Milli Şurada Cəmil Həsənlinin sədr olmasına etiraz etməyib: Mən iki əlimlə səs verərəm ki, Milli Şuranın sədri Cəmil Həsənli olsun. Mən dəfələrlə bəyan etmişəm ki, siyasətçi deyiləm, sədr vəzifəsini öhdəmə ona görə götürmüşəm ki, mən öhdəmə götürməsəydim Milli Şura yaranmayacaqdı. İndi Milli Şura xeyli vaxtdır yaranıb, öz tarixi missiyasını həyata keçirməkdədir. Cəmil Həsənli özünü müdrik, iradəli siyasətçi kimi təsdiq etdi. Bundan sonra da mən Milli Şuraya lazımamsa, həmsədrlik vəzifəsinə razılıq verərəm. Yox, əgər belə qərara gəlsələr ki, mənim əvvəlki təklifim reallaşsın, yəni həmsədrlik olması,n Milli Şuranın sədri Cəmil Həsənli olsun, mən buna nəinki razılıq verərəm, hətta xahiş edərəm dərhal həyata keçirsinlər”.

R.İbrahimbəyov qeyd edib ki, Milli Şuranın sədri Cəmil Həsənli olsa, o qurum üzvü kimi fəaliyyət göstərəcək: “Mənim tərəfimdən nə lazımdırsa, Milli Şura üçün edəcəyəm. Mənim bir fikrim odur ki, partiyaların sədrlərinin Milli Şuraya sədr olmasını istəmirəm. Bunda mövqeyim qətidir. Çünki Milli Şura geniş koalisiya kimi nəzərdə tutulub və geniş koalisiya olmalıdır. Milli Şura iki-üç partiyanın birliyi kimi olmamalıdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU