Modern.az

Fuad Muradov: “Avropa İttifaqı Ukraynaya qarantiya verməlidir” - AÇIQLAMA

Fuad Muradov: “Avropa İttifaqı Ukraynaya qarantiya verməlidir” - AÇIQLAMA

20 Noyabr 2013, 14:56

“Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişi imzalasa onun enerji təminatı ilə bağlı müəyyən sıxıntıları yarana bilər. Bunun üçün Avropa Birliyi rəsmi Kiyevin regional layihələrdə iştirakına qarant verməlidir”.

Bu sözləri Milli Məclisin deputatı,  Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin sədr müavini, AvroNEST-in Enerji Komitəsinin həmsədri  Fuad Muradov Avropa İttifaqının Vilnus sammiti ərəfəsində Ukraynadakı siyasi gərginliyi şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, hazırda Yanukoviç iqtidarı üçün qərar verməkdə bir sıra amillər ciddi rol oynayır.

“Birincisi,  Avropa İttifaqı tələbə edir ki keçmiş baş nazir Timoşenko azad edilsin. Bu isə Ukraynaın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. İkincisi, Kiyev sazişi imzalasa o zaman onun enerji təminatı ilə bağlı müəyyən sıxıntıları yaranacaq. Bunun üçün Avropa Birliyi tərəfindən Ukraynaya regional layihələrdə iştirak edə biləcəyi barədə qarantiya verilməlidir. Mənim bildiyimə qədər bu günə qədər bu məsələ ilə bağlı Avropa Birıiyi tərəfindən heç bir ciddi addım atılmayıb. Ona görə mənim şəxsi fikrim  odur ki, Timoşenko və enerji ilə bağılı problemlər bu sazişi imzalamamağa apara bilər”-deyə F.Muradov bildirib.

Kiyev üçün ciddi problem yaradan səbəblərdən biri Rusiya tərəfindən tətbiq ediləcək xüsusi rusumlar ola bilər. “ Moskva və Gömrük İttifaqına daxil olan ölkələr tərəfindən Rusiyada və bu qurumda daxil ölkələrdə işləyən ukraynalı biznesmenlər üçün yeni tariflər tətbiq ediləcək. Ona görə, Ukrayna biznesmenləri cidid narahat edir”-deyə deputat bildirib.

Bununla yanaşı, deputat Ukraynanın sənədi imzalamaq şansının da olduğunu deyib.  “Əgər Ukrayna bu sazişi imzalasa Avropa Birliyi ölkə iqtisadiyyatına külli miqdarda vəsait yönəldəcək.

Bir sıra mötəbər hesablamalara görə, bu sazişin imzalanacağı təqdirdə Ukraynanın ÜDM-ində 10-12 faiz artım gözlənilir. Bu da Ukraynaın digər ölkəlrədən asılılığını azalada bilər”.

Azərbaycanın Vilnus sammiti ərəfəsində mövqeyini şərh edən F.Muradov qeyd edib ki, rəsmi Bakı elə ilk gündən Avropa İttifaqı ilə  xüsusi yanaşmanın tərəfdarı olduğunu bəyan edib.

“Ölkəmiz ilk gündən -2008-ci ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına qoşulduqdan sonra bildirib ki, Avropa Birliyi ilə münasibətlərdə xüsusi yanşmanın tərəfdarıdır”.

F. Muradov Azərbaycanın Gömrük İttifaqına qoşulacağı ilə bağlı səslənən rəyləri rədd edib. O vurğulayıb ki, Yerevanla bir layihədə iştirak qeyri-mümkünüdür:

“İşğalçı Ermənistanla bir yerdə heç bir iqtisadi, regional layihədə iştirak edə bilmərik. Bu məsələdə mövqeyimiz bəlidir. Azərbaycanın digər ölkələrdən fərqi ondan ibarətdir ki, biz birinci gündən müstəqil siyasət yürütmüşük. Bu çətin, amma şərəfli yoldur. Aparılan bu siyasət gələcəkdə  Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir ”- deyə Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin sədr müavini vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU