Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov noyabr ayının 29-da saat 11:00-da Salyan rayonunda Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ünvan: Salyan şəhəri, Heydər Əliyev küçəsi, 107) Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlik bildirib ki, görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 02125 55095; (050) 317 58 00) tərəfindən həyata keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ( [email protected] ) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Modern.az