
Noyabrın 14-dən Birləşmiş Ştatlarda səfərdə olan Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənli Vaşinqtonda görüşlərini davam etdirir. Səfər çərçivəsində o, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Asiya Bürosunun rəhbərinin müavini Aleksandr Peycin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmaslarda olub. Daha sonra Cəmil Həsənlinin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçlə görüşüb. Görüş zamanı ABŞ-Azərbaycan münasibətləri, iki ölkə arasında son zamanlar yaşanan olaylarla bağlı müzakirələr aparılıb. Müxalifət təmsilçiləri Cəmil Həsənlinin keçirdiyi görüşləri Milli Şura üzvləri irəli atılmış bir addım kimi qiymətləndirirlər. Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli
Modern.az-a açıqlamasında deyib ki, bu səfəri iqtidarla müxalifətin arasındakı mübarizənin beynəlxalq müstəviyə keçməsi kimi qiymətləndirirlər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının sözlərinə görə, Cəmil Həsənli Amerikada yüksək səviyyəli görüşlər keçirir: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bu görüşlər bir addım olacaq. Bu görüşlərin məzmunu bundan ibarətdir”.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı da görüşlərin nəticələrinin uğurlu olacağını deyib: “Cəmil Həsənlinin ABŞ-a səfəri tanışlıq xarakterlidir. O, ölkəyə döndükdən sonra keçirdiyi görüşlərlə bağlı müzakirələr aparacağıq. Hesab edirəm ki, Amerika Azərbaycan müxalifətinin vahid namizədini tanımalıdır. Bu səfəri irəli atılmış bir addım hesab edirəm”.
İlkin