Modern.az

İran vətəndaşı Azərbaycan təcridxanasında döyülmədiyini bəyan edib - FOTOLAR

İran vətəndaşı Azərbaycan təcridxanasında döyülmədiyini bəyan edib - FOTOLAR

20 Noyabr 2013, 16:04

İnzibati həbs olunanların saxlanılma məntəqəsində inzibati qaydada saxlanılan İran İslam Respublikasının vətəndaşı Həsən Fərəcinin işgəncələrə məruz qalması ilə bağlı İranın “Aran” agentliyi tərəfindın yayılan məlumatlara aydınlıq gətirmək üçün bu gün millət vəkili Çingiz Qənizadə H.Fərəci ilə görüşüb.

Görüş zamanı Həsən Fərəci bu cür məlumatların həqiqətə uyğun olmadığını, təxribat xarakteri daşıdığını bildirib, “Aran” agentliyinin yaydığı belə həqiqətə uyğun olmayan məlumatların ailəsinə də çox pis təsir edəcəyini vurğulayıb, həmçinin saxlanıldığı müddətdə hər hansı fiziki və psixoloji təzyiqlərlə üzləşmədiyini, saxlanma şəraitindən razı olduğunu qeyd edib.  

Millət vəkili, eyni zamanda H.Fərəcinin saxlanıldığı kameraya baxış keçirib, kameranın isti və standartlara uyğun olduğunu bildirib. 
H.Fərəci kamerada tək deyil. O, inzibati qaydada saxlanılan Azərbaycan vətəndaşı ilə birlikdədir.  

Görüş zamanı millət vəkili Həsən Fərəci ilə şəkil də çəkdirib.





Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU